Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.
Şəffaflıq.az Murad Nəcəfbəylinin dosyesini təqdim edir:
Murad Nizami oğlu Nəcəfbəyli Bakı şəhərində anadan olub. Paytaxtın Səbail rayonunda yerləşən 91 saylı orta məktəbdə təhsil alıb. Ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Murad Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə və Estoniyadakı səfiri olub.
2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb.
Eləcə də o, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.
Ailədə 3 qardaşdırlar. Digər qardaşları Hüseyn Nizami oğlu Nəcəfov və Eldar Nizami oğlu Nəcəfov da Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırlar.