Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət > Şamaxıda Azərbaycan satirik şeirinin ustadı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib
Şamaxıda Azərbaycan satirik şeirinin ustadı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib12-06-2022, 23:44 |
![]() Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəffaflıq.az xəbər verir ki, tədbir iştirakçıları öncə M.Ə.Sabirin Şamaxının qədim Yeddi Gümbəz qəbristanlığındakı məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra böyük sənətkarın ev muzeyi ziyarət olunub. Şəhərdə ustad sənətkarın adını daşıyan parkdakı heykəlini ziyarət edən qonaqlar abidənin önünə də çiçəklər qoyublar. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() İcra başçısı Tahir Məmmədov çıxışında Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() Çıxışlarda diqqətə çatdırılıb ki, cəmiyyətdə mövcud olan bütün neqativ hallar Sabir yaradıcılığında öz əksini tapıb. Tədbirdə gənc yazarların Mirzə Ələkbər Sabirə həsr etdikləri şeir və qəzəlləri səsləndirilib.
![]() Geri qayıt |