Əsas Səhifə > Hadisə > Komitə sədri: "Azərbaycanda şəhid ailələrinə və veteranlara göstərilən qayğı dünyaya nümunədir"
Komitə sədri: "Azərbaycanda şəhid ailələrinə və veteranlara göstərilən qayğı dünyaya nümunədir"18-01-2022, 17:28 |
![]() Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O bildirib ki, xüsusi kateqoriyadan olan şəxslər var və onlar digər vətəndaşlardan fərqlənir: “Belə şəxslər üçün güzəşt və imtiyazların təyin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Heç şübhəsiz ki, xüsusi kateqoriyadan olan şəxslər arasında şəhid ailələri, qazilər və müharibə veteranları birinci yerdə gəlir. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğı özünün ən yüksək həddinə çatıb. Bu sosial xidmətlər üçün böyük vəsaitlər tələb olunur. Dünyada pandemiyanın davam etdiyi bir vaxtda, bir çox ölkələrdə iqtisadi-maliyyə böhranlarının, inflyasiyanın baş verdiyi bir dövrdə bizim ölkəmizdə şəhid ailələrinə və müharibə veteranlarına dövlətin diqqət və qayğısı nəinki azalmayıb, hətta özünün ən yüksək səviyyəsinə çatıb. Böyük sosial layihələrin uğurla həyata keçirilməsi davam edir. Bütün bunlar cənab Prezidentin uğurla həyata keçirdiyi vahid dövlət siyasətinin, ölkə rəhbəri kimi onun uğurlu diplomatiyasının və liderliyinin nəticəsidir. Çünki yalnız güclü iqtisadiyyata, hərbi gücə, müzəffər orduya, balanslaşdırılmış uğurlu diplomatiyaya malik olan bir dövlət həm də sosial cəhətdən güclü ola bilər. ![]() Komitə sədri vurğulayıb ki, müharibənin bitməsindən dərhal sonra Prezidentin təşəbbüsü ilə Milli Məclis “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edərək Vətən müharibəsi iştirakçılarının təltif edilməsi üçün yeni orden və medalların təsis edilməsi də dövlətin müharibə iştirakçılarına verdiyi böyük dəyərin sübutudur. Geri qayıt |