Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Anım Günü Azərbaycanımızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd edilib.-FOTOLAR
Anım Günü Azərbaycanımızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd edilib.-FOTOLAR27-09-2021, 19:21 |
![]() Şəffaflıq.az xəbər verir ki, səhər saatlarında Şamaxı Cümə məscidində, eləcə də digər məscidlərdə din xadimləri tərəfindən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Quran oxunub. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, rayon sakinləri, o, cümlədən "Qarabağ qaziləri" İB-in Şamaxı rayon üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının məzarları üzərinə tər çiçəklər düzüblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı əkilıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() O, şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb. Mərasimdə çıxış edən deputat Tamam Cəfərova 44 günlük müharibədə Prezident İlham Əliyevin təkcə cəbhədə ermənilərlə döyüşlərə rəhbərlik etmədiyini, həm də diplomatiya və informasiya sahəsində dünyanın bir çox ölkələri ilə mübarizə apardığını, Azərbaycanın bu davada haqq səsini bütün dünyaya çatdıraraq şanlı Ordumuzun ədaləti bərpa etdiyini bəyan edib. ![]() ![]() ![]() ![]() ![]() Şagirdlərin ifasında fləşmob və ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şamaxı Şəffaflıq.az Geri qayıt |