Əsas Səhifə > REGİON / Cəmiyyət > Vətən müharibəsində fəal iştirak edən hərbçimizin bu gün cənnətdəki ilk ad günü qeyd olunub.FOTO
Vətən müharibəsində fəal iştirak edən hərbçimizin bu gün cənnətdəki ilk ad günü qeyd olunub.FOTO7-08-2021, 14:59 |
![]() Şəffaflıq.az xəbər verir ki,Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib. Anım mərasimində rayon icra hakimiyyətinin başçısının müavini, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Yaşasaydı Vüqarın 50 yaşı tamam olacaqdı. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Şıxıyev Vüqar Xalid oğlu 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak etmişdir. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilmişdir. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakultəsinə qəbul olmuş, 1992-ci ildə oranı bitirmiş və eyni zamanda ona leytenant hərbi rütbəsi verilmişdir. Hərbi xidmətini Tovuz rayonunda N saylı hərbi hissədə etmişdir. 2001-ci ildə hədəfləri sərrast vurduğuna görə ona baş leytenant hərbi rütbəsi verilmişdir. 2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində Vüqar Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya zabiti kimi fəal iştirak etmişdir. O, torpaqların azad olunması sevincini yaşamış, lakin 8 dekabr 2020-ci ildə xidmətdə olarkən ürək tutmasından vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vüqar Şıxıyev "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |