Əsas Səhifə > İdman > Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq
Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq27-05-2021, 09:51 |
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək. Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2. Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu. Oyun öncəsi komandaların heyətində itki yoxdur. Yoldaşlıq oyunu 21:00. Türkiyə - Azərbaycan Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo) Alanya, Oba stadionu. Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək. Geri qayıt |