Əsas Səhifə > REGİON > Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır
Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır11-05-2021, 11:33 |
İranda prezident kürsüsünə namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq.Şəffaflıq.az İRNA agentliyinə istinadən xəbər verir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək. Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-ə təyin edilib. Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq. Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər. İyunun 17-də və səsvermə günü, yəni iyunun 18-də təşviqat qadağan ediləcək. Geri qayıt |