Əsas Səhifə > Hadisə > “YAŞAT” fondunun adından istifadə edərək yardımları ələ keçirmək istəyən şəxs saxlanıldı.-
“YAŞAT” fondunun adından istifadə edərək yardımları ələ keçirmək istəyən şəxs saxlanıldı.-18-12-2020, 16:45 |
![]() Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hüquqazidd əməlləri törədən Füzuli rayonunda qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub. ![]() ![]() Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb. X.Quliyevin əməlinə hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir. "Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə ayıq-sayıq davransınlar və insanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar", - Mətbuat Xidmətindən bildirilib. Geri qayıt |