Şamaxı rayon ümumtəhsil məktəbliləri, "Ölkəmizi tanıyaq" tur-aksiyasından olan, iştirakçıları cənub bölgəsinə yola salınıblar.-FOTO

 Hər il olduğu kimi bu ildə də ənənəvi olaraq "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupu Lənkəran-Masallı-Astara rayonlarına gəzintiyə yola salınıblar. 
Şəffaflıq.az-in məlumatına görə, respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün cənub bölgəsində təşkil olunan növbəti tur-aksiya çərçivəsində, Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupu Lənkəran-Masallı-Astara rayonlarına gəzintiyə yola salınıblar. 13 noyabr tarixində Şamaxı Heydər Əliyev Parkında şagirdlərin təntənəli yolasalınma mərasimi keçirilib.Mərasimdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnisə Ələkbərova, Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, məktəb direktorları və valideynlər iştirak ediblər. Çıxış edənlər şagirdlərə əyləncəli və xoş istirahətlər arzulayaraq bu şəraiti yaratdığına görə ölkə başçısına təşəkkür ediblər.
ŞƏFFAFLIQ.AZ

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}