Fazil Məmmədovun ekstrasens dəstəsi haqda

 

Keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində ekstrasenslərdən ibarət xüsusi qrup fəaliyyət göstərirmiş. 

Şəffaflıq.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub. Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.

Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}