XAÇMAZDA DƏHŞƏT-35 yaşlı kişini diri-diri yandırdılar

 


Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

Şəffaflıq.az Apa-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}