Əsas Səhifə > Kriminal > XAÇMAZDA DƏHŞƏT-35 yaşlı kişini diri-diri yandırdılar
XAÇMAZDA DƏHŞƏT-35 yaşlı kişini diri-diri yandırdılar27-05-2020, 19:59 |
Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb. Şəffaflıq.az Apa-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Geri qayıt |