Bu ölkə də Azərbaycan vətəndaşları üçün sərhədlərini açdı

 

Qırğızıstan Azərbaycan da daxil olmaqla, 31 ölkənin vətəndaşları üçün sərhədlərini açıb. 

Şəffaflıq.az “Sputnik Qırğızıstan”a istinadən bildirir ki, siyahını Koronavirusla Mübarizə üzrə Respublika Qərargahı dərc edib. 

Siyahıya Rusiya, Gürcüstan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Türkiyə, Almaniya, İrlandiya və s. ölkələr daxildir.

Qeyd olunur ki, həmin dövlətlərdə epidemioloji vəziyyətin sabitləşdiyi müşahidə edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}