Dominikanda 20 günlük komendant saatı tətbiq edildi

 

Dominikan hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkədə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu barədə Şəffaflıq.az RİA “Novosti”yə istinadən məlumat verir.


Bu gündən qüvvəyə minəcək qərar 20 gün davam edəcək. Komendant saatı bəzi bölgələrdə axşam 7-dən başlayacaq, digərlərində 8-dən başlayaraq səhər saat 5-ə qədər davam edəcək.


Bu zaman yalnız həkimlər, təhlükəsizlik xidmətləri, jurnalistlər, yanacaqdoldurma məntəqələrinin işçiləri, infrastruktur və rabitə xidmətləri göstərən şirkətlərin və qəbiristanlıq işçilərinin hərəkətinə icazə veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}