İtaliyada pandemiya qurbanlarının sayı 30 mini keçdi

 

İtaliyada son bir gün ərzində daha 243 nəfər koronavirusdan ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 201-ə çatıb.

Məlumata görə, İtaliyada daha 1 327 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 217 185-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 99 023nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}