Əsas Səhifə > Dünya > İtaliyada pandemiya qurbanlarının sayı 30 mini keçdi

İtaliyada pandemiya qurbanlarının sayı 30 mini keçdi


8-05-2020, 22:11

 

İtaliyada son bir gün ərzində daha 243 nəfər koronavirusdan ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 201-ə çatıb.

Məlumata görə, İtaliyada daha 1 327 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 217 185-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 99 023nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Geri qayıt