Ombudsman əməkdaşları Quba və Qusardakı təhsil müəssisələrində monitorinq aparıblar


İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Quba və Qusarda yerləşən təhsil müəssisələrində monitorinqlər keçirilib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Aparatın əməkdaşları tərəfindən Qusar rayonu Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Qusar rayonu Hil kəndi Dair Şahbazov adına 2 nömrəli ümumi orta ümumtəhsil məktəbi, Quba şəhəri ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi və Quba xüsusi Peşə Məktəbində həyata keçirilən monitorinqlərdə uşaq hüquqlarının təmini və ayrı-seçkilik halları ilə bağlı vəziyyət qiymətləndirilib.

Monitorinqlər zamanı müəssisələrin inzibati otaqlarına baxış keçirilib, qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq təhsil hüququnun həyata keçirilməsi, davamiyyət, rəftar, zorakılıqla mübarizə mexanizmi, göstərilən xidmətlərin keyfiyyətinə dair digər tələblər araşdırılıb.

Eyni zamanda, müəssisələrdə şagird və işçi heyətinin iştirakı ilə uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici görüşlər təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb, müəssisələrə maarifləndirici nəşrlər təqdim edilib.

Monitorinqlərin yekununda həmin müəssisələrin rəhbərliyi ilə müəyyən edilən çatışmazlıqlara dair söhbətlər aparılıb, uşaqların hüquq və mənafelərinin daha səmərəli təmin olunması istiqamətində müvafiq tövsiyələr verilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}