Dünyanın ən bahalı futbolçularının reytinq siyahısı açıqlanıb.- SİYAHI

 “CİES Football Observatory” araşdırma mərkəzi dünyanın ən bahalı futbolçularının reytinq siyahısını tərtib edib.
Şəffaflıq.az-ın məlumatına görə, cədvələ Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir.
Onun qiyməti 265,2 milyon avroya yüksəlib. İngiltərə millisinin və “Mançester Siti”nin forvardı Rahim Sterlinq 2-ci sıranı ələ keçirib. İlk “üçlüy”ü Misir millisinin və “Liverpul”un aparıcı üzvü Məhəmməd Salah qapayır.
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi siyahıda 8-ci yerə enib. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 49-cu pilləyə yuvarlanıb. Hər iki futbolçunun son illərdə geriləməsi yaş amili ilə bağlıdır.
1. Kilian Mbappe (PSJ, Fransa) – 265,2 milyon avro
2. Rahim Sterlinq (Mançester Siti, İngiltərə) – 223,7 milyon avro
3. Məhəmməd Salah (Liverpul, Misir) – 175,1 milyon avro
4. Ceydon Sanço (Borussiya D, İngiltərə) – 168,9 milyon avro
5. Sadio Mane (Liverpul, Seneqal) – 155,6 milyon avro
6. Harri Keyn (Tottenhem Hotspur, İngiltərə) – 150,5 milyon avro
7. Markus Reşford (Mançester Yunayted, İngiltərə) – 134,3 milyon avro
8. Lionel Messi (Barselona, Argentina) – 125,5 milyon avro
9. Antuan Qrizmann (Barselona, Fransa) – 123,6 milyon avro
10. Lautaro Martines (İnter, Argentina) – 115,7 milyon avro
Apasport.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}