Türkiyədə tur avtobusu aşıb, 3-ü ağır olmaqla 26 nəfər yaralanıb


Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda tur avtobusu aşıb.

"Report"  "Trt Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 26 nəfər xəsarət alıb.

Məlumata görə, tur avtobusu Susaklı məhəlləsi Ahmet Keleşoğlu Mədəniyyət Mərkəzinin arxasındakı yamaca qalxa bilməyib. Geriyə sürüşərək idarəetmədən çıxan avtobus bir evin həyətinə aşıb.

Qəzada avtomobilin sürücüsü də daxil olmaqla 26 nəfər xəsarət alıb.

Ermenek Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyati təhlükəsinin olduğu deyilir.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}