“Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini Rusiya qoşunlarının işğalından azad edib”.


“Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini Rusiya qoşunlarının işğalından azad edib”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ötən həftə ərzində 12 kv.km cənubda, 4 kv.km isə Baxmut istiqamətində irəliləyib. Cənub cəbhəsində hücumun gedişində Ukrayna ordusu bütövlükdə 192 kv.km ərazini geri qaytarıb. Ötən həftə bu istiqamətdə 12 kv.km, Baxmut istiqamətində isə 35 kv.km ərazi işğalçı qoşunlardan təmizlənib.

Baş Qərargahın məlumatına görə, Rusiya hazırda qüvvələrini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}