Xırdalanda müəllimlərə qızıl hədiyyə edilməsi barədə RƏSMİ AÇIQLAMA - VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynlərinin “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etməsi barədə yayılan görüntülərə münasibət bildirib.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma davam etdirilir:

“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.

Qeyd edək ki, Xırdalan şəhəri 1 və 9 saylı məktəbdə valideynlər müəllimə qızıl qolbaq, sırğa, üzük hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

İlhamə Əbülfət

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}