Şakira Lyuis Həmiltona görə “Formula-1”ə qatıldı - FOTO


Kolumbiyalı müğənni Şakira azarkeş kimi “Formula-1” üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-prisinə qatılıb.

46 yaşlı Şakira yarışda çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.

“Buraya qayıtdığım üçün şadam”, - deyə Şakira paylaşdığı fotoya şərh yazıb.

Qeyd edək ki, dünyanın nüfuzlu şou-biznes nəşrlərində “Barselona”nın keçmiş futbolçusu Jerar Pikedən ayrılan Şakiranın “Formula-1” ulduzu Lyuis Həmiltonla sevgili olduğuna dair iddialar irəli sürülür. Şakiranın İspaniya Qran-prisinə qatılması isə bu iddiaların səhihliyini təsdiqləyir.



Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}