Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır


İyunun 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq. Bunlar, Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl yatağı, Qəbələ rayonunda “Siləyli” qum-çınqıl yatağı, İsmayıllı rayonunda “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqları və Salyan rayonunda “Babazənən I” gil yataqlarıdır.

Başlanğıc qiyməti 4 000 - 63 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 7-də saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac da bu ünvanda keçiriləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}