Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun doğum günüdür.

Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun doğum günüdür.
 Şəffaflıq.az xəbər verir ki,Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabr ayının 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Bakı şəhəri 134 saylı orta məktəbində ilk təhsilini almış, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini bitirmişdir. 07 fevral 2006-cı il tarixindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının gənclər və idman vəzifəsinə təyin edilmişdir. A.Rəhimov uzun müddət Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi istiqamətində şəxsi qabiliyyəti, bacarığı, işgüzarlığı və məsuliyyəti sayəsində gənc nəsilə Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi xidmətə hazırlanması üçün daim çalışmış və məhsuldar əmək sərf edir. Fərəh hissi ilə qeyd etmək istərdik ki, Azad müəllimin rəhbərlik etdiyi nazirlik Ulu Öndərimiz Heydər Əliyevin tövsiyələrini və onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyev cənablarının siyasi xəttini rəhbər tutaraq səmərəli fəaliyyət göstərir.Məlumat üçün bildirmək istəyirik ki, Azad müəllimin Gənclər və İdman Nazirliyinə rəhbərlik etdiyi müddətdə keçirilən Olimpiya oyunlarında idmançılarımız yüksək nəticələr əldə etmiş, həmçinin ölkəmizdə bir çox beynəlxalq statuslu idman yarışları və gənclər tədbirləri keçirilmişdir.Şamaxı rayon gəncləri və idmançıları adından Azərbaycan Respublikasının gənclər və idman naziri, gənclərin dostu cənab Azad Rəhimovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, məsuliyyətli və şərəfli işində yeni-yeni uğurlar, müvəffəqiyətlər, Ümummilli Liderimizin və onun siyasi kursunun davamçısı cənab İlahm Əliyevin siyasətini uğurla davam etdirməyi, bu şərəfli yolunda layiqli gənclər yetişdirməyi uca Allahdan arzu edirik.
Alxas Məmmədov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}