Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb FƏRDİ


Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulacaqlar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq.Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}