Ağdaş rayon Ağzıbir kəndində şəhidin ad günü qeyd olundu.

5 avqust 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ağdaş rayonu Ağzıbir kəndində doğulub boya-başa çatmış  şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlunun doğum günü kəndin mərkəzində inşa edilən xatirə bulağı və məzarı önündə qeyd olunub.
  
Şəffaflıq.az xəbər verir ki,tədbirdə  rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, kənd sakinləri, Qarabağ müharibəsi veteranları, şəhidin ailə üzvləri və yaxınları  iştirak edirdi.

Dövlət himni səsləndirildi. 
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.
Məzarı önündə şəhidin əziz xatirəsi ehtiramla yad olundu, məzarı üzərinə gül dəstələri düzüldü. Döyüş yolundan söhbət açıldı, ruhuna dualar  oxundu.
 Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə İbrahimxəlilov Söyxan Eldəniz  oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.  
Tədbirdə 4 şəhid valideyninə “Füzulinin işğaldan azd edilməsi  görə” medalları təqdim edildi.
Əli Miriyev. 
Ağdaş rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}