İsveçrədə mini elektromobil istehsal ediləcək

 

İsveçrənin “Micro Mobile Systems” şirkəti “Mikrolino” adlı kiçikhəcmli elektrik avtomobili istehsal edəcək.

Şəffaflıq.az xəbər verir ki, “İzvestiya” nəşrinin yaydığı məlumata görə, elektromobilin xarici görünüşü ötən əsrin 50-ci illərində istehsal olunan “BMW Isetta” modelinə bənzəyəcək.

Onun salonunda iki nəfər əyləşə biləcək. Elektromobilin qapısı onun ön tərəfində olacaq.

“Mikrolino”nun çəkisi cəmi 512 kiloqram, maksimal sürəti isə 90 km/saat təşkil edəcək. Onun birdəfəyə maksimal gediş məsəfəsi 200 km olacaq.

Elektromobilin təxminən 12 min avroya (24700 manat) satılacağı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}