Əsas Səhifə > Dünya / Maraqlı > İsveçrədə mini elektromobil istehsal ediləcək

İsveçrədə mini elektromobil istehsal ediləcək


13-02-2021, 10:35

 

İsveçrənin “Micro Mobile Systems” şirkəti “Mikrolino” adlı kiçikhəcmli elektrik avtomobili istehsal edəcək.

Şəffaflıq.az xəbər verir ki, “İzvestiya” nəşrinin yaydığı məlumata görə, elektromobilin xarici görünüşü ötən əsrin 50-ci illərində istehsal olunan “BMW Isetta” modelinə bənzəyəcək.

Onun salonunda iki nəfər əyləşə biləcək. Elektromobilin qapısı onun ön tərəfində olacaq.

“Mikrolino”nun çəkisi cəmi 512 kiloqram, maksimal sürəti isə 90 km/saat təşkil edəcək. Onun birdəfəyə maksimal gediş məsəfəsi 200 km olacaq.

Elektromobilin təxminən 12 min avroya (24700 manat) satılacağı bildirilir.

Geri qayıt