COVID-19: Fransada koronavirusdan ölənlərin sayı 69 313-ə çatıb

 

Fransada son 24 saatda COVID-19 infeksiyasına 21 228 yeni yoluxma və 282 ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son günlər koronavirusa yoluxma artmaqda davam edir. Koronavirus xəstələrinin sayında artım müşahidə olunur. Xəstəxanalarda 25017 koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində 2 726 ağır vəziyyətdə xəstə intensiv müalicə alır. Ölkədə pandemiya başlayandan koronavirus ümumilikdə 69313 can alıb.

Bəzi ölkələrlə müqayisədə Fransada koronavirus əleyhinə peyvənd kampaniyasının ləng getməsi yerli mətbuatda tənqid olunur. Ölkədə dolaşan söz-söhbətə görə vəzifəsindən uzaqlaşdırılan növbəti məmur səhiyyə naziri Olivye Veran olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}