Tvitter Trampın hesabını birdəfəlik blokladı

 

Tvitter sosial şəbəkəsi "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.

Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"@realdonaldtrumpun və onu əhatə edən kontekstin bu yaxınlardakı paylaşımlarının dəqiq müzakirəsindən sonra biz hesabı zorakılığa sonrakı təhrikçilik riskinə görə daimi əsasda dondurduq", - şirkətin xəbərində deyilir.

Daha əvvəl tvitter Trampın hesabını 12 saatlıq dondurub və onu üç paylaşımı silməyəcəyi təqdirdə daimi bloklamaqla hədələyib. Tvitter rəhbərliyinin fikrincə, bu paylaşımlar sosial şəbəkənin qaydalarını pozur.

Bundan əvvəl isə feysbuk rəhbəri Mark Sukerberq bildirib ki, ABŞ prezidentinin feysbuk və instaqram sosial şəbəkələrində hesabları minimum daha iki həftə dondurulmuş qalacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}