Aİ Vaşinqtonda baş verənləri demokratiyaya və qanunun aliliyinə hücum kimi qiymətləndirib

 

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib.

Şəffaflıq.az bildirir ki, J.Borell bu barədə Tvitter hesabında yazıb. “Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir.

Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”, deyə Borell qeyd edib.

O, ABŞ prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}