İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Şəffaflıq.az xəbər verir ki, rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlunun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,330 qram çəkidə narkotik vasitə olan heroin və 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}