"Hazırda 919-dan artıq hərbçimizin müalicəsi davam etdirilir” - Prezidentin köməkçisi

 

“Koronavirusun artma tendenisyasını nəzərə alaraq Azərbaycanda sərtləşdirilmə ilə bağlı qərarlar qəbul edilib. Burada əsas mqəsəd insanların sağlamlığının qorunması və yoluxmaların sayının azaldılmasıdır”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, səhiyyə siteminin üzərinə düşən yükün də azaldması vacib bir şərtdir: “Sentyabrın 27-dən səhiyyə sistemimiz 2 cbəhədə fəaliyyət gsötərib. Hazırda xəstəxanalarda 919-dan artıq əsgər və zabitlərimizin müalicəsi davam etdirilir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}