İntihar edən gənc müəllimənin ölümündə “Mobbing” iddiası - FOTO

 Gənc müəllimənin intiharı haqda detallara keçmədən əvvəl “mobbing” sözünün mənasını izah edək.
Sözün mənşəyi: təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Mobbing, xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və hörmətini itirə bilər. Daha çox özəl və dövlət şirkətlərində iş mühitində mobbing ilə qarşılaşmaq mümkündür.
Türkiyədə son bir həftə ərzində, demək olar ki, onlarla intihar xəbəri yayılıb. Əvvəlcə Fatihdə intihar edən dörd qardaş, daha sonra Antalyada başqa bir ailə. Bu yaxınlarda isə gənc bir müəllimin intihar xəbəri bizi hər kəsid sarsıtdı. Türkiyənin Qaziantep şəhərində 25 yaşlı müəllimə Səadət Harmancı intihar edib. İntihar edən gənc qadın müəllimənin ölümündə mobbing iddiası ortaya çıxıb.
Qaziantepdə yaşayan 25 yaşlı türk müəlliməsi Səadət Harmancı özünü 6 mərtəbəli binanın üst mərtəbəsindən ataraq intihar edib. Səadət müəllimənin intiharının səbəbi araşdırldığı zaman mobbing detalına rast gəlinib. Belə ki, gənc müəllimə intihar etmədən əvvəl sosial hesabında mobbing-ə uğradığını yazıb.
Özünü binadan atan gənc müəllimə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharından əvvəl Səadət Harmancı sosial şəbəkə hesabında iş yoldaşları və şagirdləri ilə də vidalaşıb, onlardan halallıq istəyib. İki ay işə başlayan müəlimə hadisədən əvvəl anasına da zəng edərək halallıq istəyib.
 Sözügedən paylaşımda gənc müəllimənin mobbing vurğusu da diqqətdən qaçmayıb.
Gənc müəllimənin intiharından əvvəl yazdığı statusu sizlərə təqdim edirik: “Sevdiyim, səni çox sevirəm. Özünə həmişə deyirdim, sən mənim həkimimsən, hər zaman elə olub. Özünə yaxşı bax. Şagirdlərim haqlarını halal etsin, hamısına gözüm kimi baxmışam. Heç kim mənim üçün üzülməsin, mən mobbing-ə uğramaqdan yoruldum. Allaha əmanət olun, canım şagirdlərim. Məni hər zaman yaxşı xatırlayın. Sizi hər zaman sevən müəlliməniz Səadət. Hər gün "pambıq sapından asılısan" sözündən bezdim”.
 Səadət müəllimənin dostları və məktəb rəhbərləri onun son dəfə nişanlısı ilə telefonda danışdığını və mübahisə etdiyini iddia edərək nişanlısını günahlandırdılar.
Səadət müəlliminin intihar etməsi və daha sonra mobbing iddiaları sosial medianın gündəminə olub.
Sözügedən hadisə ilə bağlı paylaşılan bir neçə fikirləri diqqətinizə çatdırırıq.
Turan Oruc

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}