Fransada koronavirusdan ölənlərin sayı 28,5 min nəfəri ötüb

 

Fransada ötən sutka ərzində yeni növ koronavirusdan 66 nəfər ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 28 596 nəfərə çatıb, onlardan 18 260 nəfəri xəstəxanada vəfat edib.

Nazirlikdən qeyd ediblər ki, koronavirusa yoluxma hallarının sayında azalma müşahidə edilir. Hazırkə dövrədək koronavirusa 182 min nəfər yoluxub, təxminən 66 min nəfər koronavirusdan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}