Şamaxıda “Yüksəliş” müsabiqəsinin səyyar təbliğat və təşviqat kompaniyası keçiriləcəkdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 24 yanvar 2020-ci il tarixində saat 11.00-da Şamaxı Heydər Əliyev parkında “Yüksəliş” müsabiqəsinin səyyar təbliğat və təşviqat kompaniyası keçiriləcəkdir.
Şəffaflıq.az xəbər verir ki, keçiriləcək “Yüksəliş” müsabiqəsinin səyyar görüşünün məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsindən və dəstəklənməsindən ibarətdir.
“Yüksəliş” Müsabiqəsində 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik olan rayonun vətəndaşları iştirak edə bilərlər.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş