Bakı-Quba yolunda sürücülər arasında dava - Xəsarət alanlar var

 

Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.

Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Facebook-da paylaş