Şamaxı rayonunda- gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dair təlim kursuna başlanılmışdır.-FOTO

 25 aprel 2019 – cu il tarixində Şamaxı rayon Gənclər və İdman İdarəsinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019 – cu ilin I yarımilliyi üçün təsdiq olunmuş iş planına uyğun olaraq, gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dair təlim kursuna başlanılmışdır.
 Şəffaflıq.az bildirir ki,təlim kursuna rayonda fəaliyyət göstərən Şamaxı Humanitar Kollecinin 40 nəfərə yaxın tələbə gənci cəlb edilmişdir. Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin məsul işçisi Rüstəm Abdullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura və Doktorantura bölməsinin müəllimi, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin Vitse Prezidenti Radil Fətullayev və “Şəffaflıq” Müstəqil ictimai-siyasi-hüquqi qəzetinin Baş redaktoru Vahid İsmayılov da iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov gəncləri salamladı və iştirakçılara təlimdə uğurlar arzuladı. Sonra nazirliyin məsul işçisi Rüstəm Abdullayev çıxış edərək təlim kursunun mahiyyəti haqqında geniş məlumat verdi.
Çıxışlar bitdikdən sonra təlimçilər Ruslan Atakişiyev və Radil Fətullayev gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi mövzusunda hazırlanmış proqram çərçivəsində təlim kursuna başladılar.
Təlimdə iştirak edən gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Gənc Sahibkarın Yaddaş Kitabçası” adlı kitabçalar təqdim olundu.
2 gün davam edəcək təlim kursunun sonunda Gənclər və İdman Nazirliyi tərəfindən iştirakçı gənclərə sertifikatlar təqdim ediləcək













 




 Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}