Heydər Əliyev və Müstəqil Azərbaycan


 Müasir Azərbaycan tarixi deyəndə ilk öncə gözümüz önündə Ümummilli lider Heydər Əliyev canlanır. O, hər zaman azərbaycanlı olması ilə qürur duyurdu: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Qeyd edim ki, H.Əliyev XX əsrdə müasir Azərbaycanın memarı və qurucusu oldu. O, Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmış və Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuşdur.Heydər Əliyev təkrarolunmaz, özünəməxsus keyfiyyətlərə malik dahi şəxsiyyətdir. 
Hakimiyyətə gəldiyi gündən daim insanların yanında olmuşdur. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi. O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən H.Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı. Azərbaycan Respublikasınım 1969-cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik siyasəti ilə bağlı olmuşdur.
 
Ulu Öndərimizin həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatları, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Memarı H.Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir. Ulu yaradan ümummili liderimiz H.Əliyevə çox şey vermişdir-fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır.

Yuxarıda qeyd etdiyim faktları xatırlatmağım təsadüfi deyil. Qarşıdan 28 May Respublika günü gəlir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.

Şamaxı YAP Gənclər Birliyinin
sədri Nuranə Məmmədova

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}