Daha bir əməliyyat keçirildi — Yüksək vəzifəli ŞƏXS SAXLANILDI
Şəffaflıq.az Demokrat.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub. DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.
Xəbəri paylaş
Facebook-da paylaş