Prezident "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanı təltif etdi

 Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şəffaflıq.az xəbər verir ki, ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilən xanımlar arasında tanınmış hüquq müdafiəçisi, "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da var.
M.Zeynalova bildirib ki, qadın hüquqları müdafiəsi sahəsində Beynəlxalq Qadınlar günü ərəfəsində dövlət başçısından təltif almaq xoş duyğudur:
"Əməyinə Prezident tərəfindən qiymət verildiyini görmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur. Bundan sonrakı fəaliyyətimdə də cənab Prezident İlham Əliyevin yüksək dəyərini stimul olaraq qəbul edəcək, Ölkəm, Vətənim və Millətim üçün daha da faydalı olmaqla bağlı vicdanım qarşısındakı sözü bundan sonra da tutmağa çalışacağam".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}