"Maddi dəstəyi həyat yoldaşım göstərəcək” - İşsiz qalan deputatlar nə ilə dolanacaq?
VI çağırış Milli Məclisə seçkilərin keçirilməsinə 5 gün qalıb. Fevralın 9-da keçiriləcək seçkilərdə hazırda Milli Məclisdə təmsil olunan 31 deputat iştirak etməyəcək. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.
“Gələcəkdə hansısa bir universitetdə və ya intstitutda tədrislə məşğul olacağam. Dolanışığımla bağlı məsələyə gəldikdə, əvvəlcə onu qeyd edim ki, hazırda pensiya alıram. Pensiyamla da dolanacam. Mən çox məvacib alan pensiyaçılardan deyiləm. Ancaq hesab edirəm ki, aldığım pensiya dolanışığımı təmin edəcək”.
“Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:
“Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.
“Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.
Facebook-da paylaş
