Cəbrayıl rayonunun Əfəndilər kəndi - FOTO
Cəbrayıl rayonunun Əfəndilər kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Əfəndilər kəndinin görüntülərini təqdim edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş