Bakıda qadın qətlə yetirildi: Əri polisə təslim oldu
Mayın 10-da saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu könüllü polisə təslim olub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş