Bakıda 73 yaşlı kişi qətlə yetirildi


Paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}