Şəkidə üç nəfər arasında dava: Xəsarət alanlar var
Şəkidə üç nəfər arasında dava baş verib. Oxu.Az -ın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində qeydə alınıb. Belə ki, kənddə yerləşən çay evinin qarşısında Şorsu kənd sakini, 1985-ci il təvəllüdlü Qoşqar Davudov, Cumakənd sakini, 1991-ci il təvəllüdlü Həsən Səfərov və Daşüz kənd sakini, 1979-cu il təvəllüdlü Xəyyam Quliyev arasında dava baş verib. Hadisə nəticəsində hər üç şəxs xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, dava ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır: “Onların xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. İlhamə Əbülfət Şəffaflıq.az
Facebook-da paylaş