Rayonlarımızda sel təhlükəsi hansı səviyyədədir? - AÇIQLAMA + FOTO


“Kəskin hava şəraiti ilə əlaqədar mayın 1-dən bəzi regionlarda müşahidə edilən sel və daşqınların davam etmə ehtimalı artıq yoxdur. Yalnız Ağdamda Qarqarçaya yağış suları dolub, sel gəlib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sözçüsü Dilqəm Şərifov deyib.



O bildirib ki, Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəran və digər bölgələrlə əlaqə saxlanılıb və mövcud vəziyyət öyrənilib:

“Sadalanan rayonlarda sel təhlükəsi yoxdur. Yalnız Ağdamda Qarqarçaya yağış suları daxil olduğu üçün texnikalarımız orada müvafiq tədbirlər görürlər. Əhaliyə və texnikaya ziyan dəyməyib. Qurumun yerli idarələri ərazidə qabaqlayıcı tədbirlər həyata keçirirlər. Yağış sularının gəlməsi ilə bağlı Ağdamda bütün subartezian quyuları söndürülüb. Bu da enerjiyə qənaət məqsədilə edilib. Həmin sular suvarma prosesinə yönəldilib. Ümumilikdə bütün rayonlar üzrə hansısa daşqın, sel və digər hallar müşahidə edilmir”.

Qeyd edək ki, mayın 1-dən Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda dolu yağıb, sel gəlib. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə yaşayış evlərinə, təsərrüfat sahələrinə ciddi ziyan vurub. 

Könül Cəfərli

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}