Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib.


Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib. 

Bu gün S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nda  şagird və müəllimlərin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, tarix elmləri doktoru Fuad Məmmədovla “Kamilliyə aparan yol” mövzusunda görüş keçirilib. Görüşdə Ulu Öndərin mədəniyyətimizin inkişafına dair tövsiyyələri çərçivəsində Azərbaycan cəmiyyəti qarşısında duran sosial mədəni tərəqqi problemlərinin sistemli, kulturoloji təhlili aparıldı. Bildirildi ki, bu gün  qarşımızda duran əsas vəzifə müasir sivilizasiyanın böhranlı dövründə Ulu Öndər Heydər Əliyevin tövsiyyə etdiyi yüksək mədəniyyətə malik azərbaycanlı yetişdirilməsidir. Respublika Prezidenti cənab İlham Əliyevin ziyalıların qarşısında qoyduğu vəzifə rəqabət qabiliyyətli insan kapitalının inkişafı ilə bilavasitə bağlıdır. Yəni yüksək mədəniyyətli azərbaycanlılar ölkəmizin strateji resursu və milli inkişafımızın aparıcı qüvvəsi kimi qəbul olunmalıdır.

Görüşdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı,  gimnaziyanın direktoru İlqar Talıbov çıxış ediblər.  

 Tədbirin sonunda Fuad Məmmədov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Aynur Şükürlü

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}