Yevlaxda yük maşını nasaz avtomobilini yolun kənarına çəkən şəxsi vuraraq öldürüb


Yevlaxda yük maşını nasaz avtomobilini yolun kənarına itələyən şəxsi vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə rayonun Aran kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Turxan Abbasov idarə etdiyi “Mercedes Atego” markalı yük maşını ilə 1990-cı il təvəllüdlü Məhərrəm Qurbanzadəni vurub. O, yolda nasaz vəziyyətdə olan avtomobilini yolun kənarına çıxarmaq istəyirmiş.

Məhərrəm Qurbanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}