Emin Əmrullayev: “Bu il fənn müsabiqələrində rekord sayda şagird qeydiyyatdan keçib” - FOTO
Bu il Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrində iştirak üçün rekord sayda şagird qeydiyyatdan keçib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Twitter" hesabında yazıb. “Bu gün Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirildi. Sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib”. “Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, - nazir əlavə edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş